Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə ediblər

14 Oktyabr 2020 20:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Tərəflər Dağlıq Qarabağla bağlı siyasi prosesin, xüsusən də ATƏT-in Minsk qrupu çərçivəsində aktivləşdirilməsinin lehinə çıxış ediblər.

Milli.Az