Dağlıq Qarabağla bağlı Rusiya ilə ABŞ-ın üzbəüz təmasları istisna olunmur

14 Oktyabr 2020 19:54

Rusiya Dağlıq Qarabağda vəziyyətlə bağlı ABŞ-la üzbəüz təmasları istisna etmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Dağlıq Qarabağla əlaqədar tərəflər arasında təmaslar davam edir:

"Regiondakı vəziyyətdən asılı olaraq üzbəüz təmaslar da istisna olunmur. Bu, ABŞ-dakı seçkilərə qədər də ola bilər".

Milli.Az