Serxio Ramos "Real"la yeni müqavilə imzalamaqdan imtina edib

14 Oktyabr 2020 20:45

İspaniyanın "Real" klubunun futbolçusu Serxio Ramos Madrid təmsilçisi ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna səbəb müdafiəçiyə təklif olunan şərtlərdir.

Ramos klub rəhbərliyinin təklif etdiyi müqaviləni bu şərtlərlə qəbul etməyib. Çünki ona 1 illik anlaşma və əvvəlki ilə müqayisədə daha aşağı maaş təklif olunub. Bu variantdan narazı qalan müdafiəçi anlaşmanı imzalamağa razılaşmayıb.

Qeyd edək ki, Serxionun "Real"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Onunla Fransa PSJ-si və İtaliya "Yuventus"u da maraqlanır.

Milli.Az