34 yaşlı qız sinə böyütmə əməliyyatı zamanı öldü - Tanınmış iş adamının nəvəsidir - FOTO

15 Fevral 2024 02:22

35 yaşı üçün özünü yeni görünüşü ilə mükafatlandırmaq istəyən qız doğum günündə ölüb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Hon Konqun dəb imperatorunun varisi Bonnie Evita Law 34 yaşında əməliyyat masasında ölüb.

Sertifikatsız klinikada liposaksiya və sinəböyütmə əməliyyatı etdirən Evitanın həyatını xilas etmək mümkün olmayıb. O, doğum günündə həkim səriştəsizliyinə qurban gedib.

Əməliyyat masasında halı dəyişən Evita başqa xəstəxanaya çatdırılsa da, o, dünyasını dəyişib.

Qeyd edək ki, 2017-ci ilin statistikasına görə onun babası Asiyanın ən zəngin 31-ci şəxsi olub.

İsmayıl
Milli.Az