Türkiyəli Uhud Polad Azərbaycana dəstək olmaq üçün öz nişan üzüyünü göndərdi - FOTO

14 Oktyabr 2020 19:10

Türkiyənin Kahramanmaraş şəhərindən olan Uhud Polad Azərbaycana dəstək olmaq üçün öz nişan üzüyünü göndərib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, İTV-yə açıqlamasında buna Gəncədə baş vermiş terrordan sonra qərar verdiyini bildirib. Üzüklə yanaşı Türkiyə bayrağını və məktubu da zərfə qoyaraq Azərbaycanın Türkiyədəki səfirliyinə yollayıb:

"Gəncəyə endirilən raket zərbəsidən sonra çox məyus olduq, təsirləndik. Azərbaycanlı qardaşlarımızın yanında olmaq üçün nə edə bilərəm deyə düşündüm. Məktub yazmağı qərara aldım, bundan sonra isə nişan üzüyümü və Türkiyə bayrağını zərfə qoyaraq səfirliyə göndərdim".

Onun bu addımı böyük rəğbətlə qarşılanıb. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məktubu əldə etdikdən sonra Uhud Poladla əlaqə saxladığını bildirib:

"Bir insan özünə aid olan və dəyərli bir simvolu - nişan üzüyünü göndərirsə bundan yüksək və ülvi hiss ola bilməz".

Bundan sonra mənəvi dəyəri olan bu üzük Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi səfirlikdə yaradılacaq guşədə saxlanılacaq.

Milli.Az