21 şagirddə koronavirus aşkarlanıb

14 Oktyabr 2020 17:18

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Milli.Az-a bildirilib ki, 15 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 21 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Ötən gün 3 sinif və 7 məktəb distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə 30 məktəb, 55 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.

Milli.Az