Putin ikinci rus peyvəndinin qeydiyyata alındığını elan etdi

14 Oktyabr 2020 19:25

Novosibirskdəki "Vektor" mərkəzi koronavirusa qarşı ikinci rus peyvəndini qeydiyyata alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

"Rusiya Elmlər Akademiyasının Çumakov adına Federal Elmi Mərkəzinin üzərində işlədiyi üçüncü peyvənd də yoldadır" , deyə Putin bildirib.

Xatırladaq ki, 11 avqustda V. Putin Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvəndin qeydiyyatdan keçdiyini açıqlamışdı.

Milli.Az