İki alanı əlaçıdan seçə bilən alqoritm yaradılıb

15 Oktyabr 2020 21:45

Rusiya alimlərinin tərtib etdiyi alqoritm dərslərindən iki alanı əlaçıdan onların sosial şəbəkələrdə paylaşdığı informasiyalar, postlar əsasında 94 faiz seçə bilir. Tədqiqatın nəticələri EPJ Data Science jurnalında dərc edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Rusiyanın Ali İqtisad Məktəbi Elmi-Tədqiqat Universitetinin Təhsil İnstitutu əməkdaşlarının tərtib etdiyi model VKontakte və Tvitterdə uğurla tətbiq olunub.

Son on ildə sosioloqlar, riyaziyyatçılar, fiziklər və hətta epidemioloqlar informasiyaların sosial şəbəkələr vasitəsilə necə yayılmasını, istifadəçilərin xarakter və davranışlarını bilmək üçün müvafiq verilənlərdən necə istifadə etmək məsələsini fəal araşdırırlar. Beləcə, Feysbuk məlumatları üzrə boşanma ehtimalını qiymətləndirmək mümkün olub. Rusiyalı alimlər isə istifadəçilərin sosial şəbəkələrdə fəallığı əsasında onların ailə vəziyyətini və cinsini müəyyənləşdirməyi öyrəniblər.

Britaniyalı alimlərin analoji tərtib etdikləri alqoritmlər sayəsində IQ səviyyəsini və "bəyənmə" (like) əsasında şəxsiyyətin beş əsas cizgisini qiymətləndirmək mümkündür.

Milli.Az