Xiaomi yeni qulaqlığını təqdim etdi - TWS

15 Oktyabr 2020 20:45

Xiaomi şirkəti yeni TWS qulaqlığını təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Mi Air 2 Pro səsbatırma sistemilə təchiz edilmiş yeni cihaz dinləyicini kənar səslərdən qoruyur.

Simsiz doldurma qurğusuna malik qulaqlıq Air2 Pro batareyası ilə 7 saat, doldurma qurğusu ilə isə 28 saat fasiləsiz çalışa bilir.

Yerli bazarda 699 yuandan (103,8 ABŞ dolları) satılacağı bildirilən yeni qulaqlığın satışa nə zaman çıxarılacağı hələlik məlum deyil.

Milli.Az