Ermənistanın raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata bilərdi - İkram Əliyev

14 Oktyabr 2020 16:51

Oktybarın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi, komandanının müavini, qərargah rəisi general-mayor İkram Əliyev bildirib.

General-mayor İkram Əliyev deyib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində1 ədəd Toçka-U raketi məhv edilib: "Oktybarın 14-də gecə saat 1.00 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla, "Elburus" raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib Elbrus raketi Dağlıq Qaprabağa gətrilərdisə, 300 km məsafəsi var və Bakıya da çatardı. Kəşfiyyatdan ələd etdiyimiz məlumatlara görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayanın tərkibindədir. ".

Raket komplekslərinin vurulması anının görüntüsünü təqdim edən HHQ-nin Qərargah rəisi qeyd edib ki, həmin raketlərin atışa hazırlandığı da görüntüdə aydın görünür.

Milli.Az