Facebook Messenger üçün böyük yenilənmə təqdim olunub

15 Oktyabr 2020 22:10

Facebook şirkəti Messenger üçün böyük yenilənməni təqdim edib. Yenilənmə nəticəsində Messenger-in loqosu dəyişilib. Bundan sonra onun loqosu Instagram-ın loqosu kimi qradient rəngdə olacaq. Bununla yanaşı tərtibatçılar ona Instagram Direct-i də inteqrasiya ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Bundan sonra Messenger vasitəsilə Instagram-dakı insanlara mesaj göndərmək mümkün olacaq. Həmçinin Messenger-ə yeni ayarlama özəllikləri əlavə olunub. Çatlar üçün yeni temalar, ayarlana bilən reaksiyalar, stikerlər və s. var. Yeni çat özəllikləri artıq istifadəyə verilib. Instagram Direct inteqrasiyası isə bir qədər sonra istifadəyə veriləcək.

Milli.Az