Ermənilər əkin sahələrini atəşə tutsa da, bizə maneçilik törədə bilmir - Sahibkar

14 Oktyabr 2020 18:52

Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində Azərbaycanın yaşayış məntəqələri ilə yanaşı təsərrüfat sahələrini də atəşə tutur.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Ağcabədi rayonunun Şərəfxanlı kənd sakini, sahibkar Elşən Məmmədov deyib.

O bildirib ki, kənd ərazisində uzun müddətdir ki, pambıq əkini ilə məşğuldur: "30 hektar pambıq sahəsi əkmişəm. Hər il olduğu kimi bu il də pambıq sahəsi əkmişəm. Hazırda pambıq yığımı ilə məşğuluq. Ermənistan hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilmədikləri üçün mülki şəxsləri hədəf alır. Kəndləri, yaşayış məntəqələrini və əkin sahələrini atəşə tuturlar. Amma buna baxmayaraq biz öz işimizlə məşğuluq, sahələrimizdə işlərimizi görürük.

Erməni kimdir ki, bizi panikaya sala. Azərbaycan Ordusu onları tam depressiya vəziyyətinə gətirib çıxarıb. İndi onlar bilmirlər hansı yolla bizə mane olsunlar. Amma bunu da bacarmayacaqlar. Bütün cəhdləri boşa çıxır. Hal-hazırda sahədəyik, işlərimizlə məşğuluq. Ötən illə müqayisədə bu il daha çox məhsul yığırıq. Mən və ailə üzvlərim təsərrüfat işlərimizlə məşğuluq. Bizi erməninin heç bir təxribatı qorxuda bilməz. Kəndimiz cəbhə bölgəsində yerləşsə də, heç nədən çəkinmirik".

Milli.Az