Sol mədəciyin anevrizması və yalançı anevrizma

15 Oktyabr 2020 07:55

Sol mədəciyin anevrizması ən çox ön divarda və zirvədə yerləşən transmural miokard infarktı olan xəstələrdə baş verir.Reperfuzion terapiya olmadıqda sol mədəcikdə anevrizma baş verə bilir.
Miokard infarktının mərhələlərinə uyğun olaraq anevrizma aşağıdakı dərəcələdə baş verir:
- kəskin
- yarımkəskin
- xroniki
- diffuz,kisəvari
Sol mədəciyin anevrizmasının kliniki diaqnostikası zirvə vurğusu nahiyəsində prekardial pulsasiyasının meydana çıxmasına əsaslanır.Böyük kisəvari anevrizma zamanı ürəyin sərhədləri genişlənir,ürək tonları zəifləyir,zirvədə sistolik küy eşidilir.Bu zaman ürəkdə hemodinamik dəyişkənliklər baş verir,nisbi mitral çatışmazlıq nəticəsində ürək əzələsi zəifləyir.
Anevrizmanın diaqnostikasında EKQ-nin rolu böyükdür.Xəstəliyin kəskin və yarımkəskin dövrünün başlanğıc mərhələsində EKQ-də elə də çox dəyişikliklərə rast gəlinmir.Proses dərinləşdikdə əlamətlər özünü biruzə verir.
Böyük anevrizmaların (xüsusilə sol mədəciyin yan divarını və zirvəni əhatə etdikdə)diaqnozu adi rentgen vasitəsilə də təsdiqləmək olur.
Anevrizmanın diaqnostikasında əlavə müayinə üsulları kimi radionuklidssintiqrafiya və vetrikuloqrafiyadan da istifadə edilir.
Yalançı anevrizma
Yalançı anevrizma sol mədəciyin sərbəst divarının cırılmasının ciddi ağırlaşmasıdır.Bu zaman qansızma nəticəsində perikard boşluğunun məhdudlaşması baş verir ki,bu da darboğazlı anevrizma kisəsinin formalaşmasına gətirib çıxarır.
Yalançı anevrizma həqiqi sol mədəcik anevrizmasındakı kimi nekroza uğramış miokarddan və çapıq toxumadan deyil,perikard sahəsi hesabına formalaşır. Bu anevrizma sol mədəciyin sərbəst divarının cırılmasi ilə nəticələnir ki,həmin zaman cərrahi müdaxiləyə ehtiyac duyulur.
Sol mədcik divarında böyük anevrizmanın yaranması qan dövranı çatışmazlığına və şoka səbəb ola bilir.

Milli.Az