Alimlər xərçəngə qarşı antibiotik tapdılar

14 Oktyabr 2020 21:54

Tümen Dövlət Universitetinin alimləri antibiotiklər sahəsində yeni elmi kəşf ediblər. Onlar nəinki bakteriyalara, eləcə də şiş hüceyrələrinə qarşı yeni preparat hazırlayıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, antibiotik "Emerisellopsis Alkalin" adlı mikroskopik göbələkdən alınıb.

Yeni dərmanı "Emeriçillipsin" adlandırıblar. O stafilakokk, streptokokkla effektiv mübarizə aparır, hüceyrə membranına təsir edir, bir neçə növ şiş hüceyrələrini də məhv etmək gücündədir.

Milli.Az