Kişilər və qadınlar bərabər maaş alacaqlar - İspaniyada

14 Oktyabr 2020 20:55

İspaniya hökuməti əmək haqqında gender bərabərsizliyini qadağan edən fərmanı bəyənib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Əmək naziri İolanda Dias çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

"Bü gündən daha kişi və qadın müxtəlif əmək haqqı ala bilməzlər", - o, Nazirlər Kabinetinin həftəlik iclasından sonra deyib.

Dias əlavə edib ki, şirkətlər artıq cinslər üzrə əmək haqqı qeydlərini aparmalı olacaqlar. Bu qeydlər açıq olmalıdır.

Hələ 2018-ci ildə İspaniya parlamentinin (Baş Korteslər) "Unidos-Podemos" koalisiyasından olan deputatları kişilərin və qadınların maaşlarında ayrıseçkiliyə son qoyan qanun layihəsi hazırlayıblar. Həmin vaxt layihəni praktik olaraq bütün siyasi qüvvələr dəstəkləyib.

Milli.Az