Paşinyan Qarabağın adını bilmir - Bir az qorxu, bir az həyəcan...

14 Oktyabr 2020 15:51

Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa müraciəti bir çox məqamlara aydınlıq gətirdi.

Milli.Az xəbər verir ki, xalqına müraciəti Qarabağdakı məğlubiyyətlərin etirafı üzərində qurulan erməni baş nazirin bir neçə dəqiqəlik çıxışında ən diqqət çəkən məqamlardan biri də 30 ilə yaxındır işğal etdikləri, qondarma respublika qurmaq istədikləri, referendum keçirdikləri Qarabağın adını hələ də bilməməsidir.

Hər halından həyəcan və qorxu hiss edilən Paşinyan çıxışında Qarabağı gah Dağlıq Qarabağ, gah da "Artsax" deyə qeyd edib. Bu məqam əvvəllər də bir neçə dəfə Ermənistan hökümət nümayəndələrinin çıxışında diqqət çəkmişdi.

Məhəmməd Vaqif
Milli.Az