"İtaldizain" Şirkətlər qrupundan orduya dəstək - FOTO

14 Oktyabr 2020 15:20

Azərbaycan Ordusu təcavüzkar Ermənistanın törətdiyi təxribatlara cavab olaraq sentyabrın 27-dən başladığı genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirib. Davam edən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində bir sıra şəhər və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əsgərlərimizə dəstək olmaq, onlara sevgi və diqqəti göstərmək məqsədi ilə "İtaldizain" Şirkətlər qrupu cəbhə bölgəsinə isti geyimlər, qida məhsulları, tibbi ləvazimatlardan ibarət 3 (üç) yük maşını hədiyyə göndərib. Qeyd edək ki, isti geyim əşyaları xüsusi olaraq İran İslam Respublikasından sifariş verilib.