El Şaaravi koronavirusa yoluxdu

14 Oktyabr 2020 19:29

İtaliya milli komandasının futbolçusu Stefan El Şaaravi koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Roberto Mançini yerli mətbuata açıqlama verib. O, koronavirus testi müsbət çıxan El Şaaravinin özünü yaxşı hiss etdiyini bildirib. 27 yaşlı futbolçu yığmanın düşərgəsini tərk edib.

İtaliya yığması UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Niderlandla qarşılaşacaq. Görüş saat 22:45-də start götürəcək.

Milli.Az