Nazirlik Gəncədə raket atəşi nəticəsində valideynlərini itirmiş bacı qardaşı himayəyə götürdü

14 Oktyabr 2020 17:16

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin kollektivi 10 oktyabrdan 11 oktyabr tarixinə keçən gecədə Erməni terroristləri tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin yetkinlik yaşlarına (18 yaş) çatana qədər 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, bu il oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 40-dək şəxs yaralanıb. Hadisə nəticəsində 3 azyaşlı hər iki valideynini itirib.

Milli.Az