Ermənilər fransız jurnalistləri koronavirus yaymaqda ittiham edir

14 Oktyabr 2020 17:10

Dağlıq Qarabağa gələn Fransa jurnalistlərinin koronavirus yayması ilə bağlı Ermənistanda yerli əhali arasında narazı fikirlər formalaşmağa başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yerli əhalinin iddialarına görə, müharibəni işıqlandırmağa gələn jurnalistlərin koronavirus yayması müharibə vəziyyətini xeyli çətin hala salıb.

Həmçinin yerli əhali iddia edib ki, Ermənistana və Dağlıq Qarabağa gələn xarici jurnalistlər əsasən koronavirus daşıyıcılarıdır, bu isə müharibəni vəziyyətində çətinlik yaradacaq.

Qeyd edək ki, Ermənistanda  son sutkada daha 1058 nəfər COVID-19-a yoluxub. Bununla da yoluxanların sayı 58 min 624 nəfərə çatıb.

Milli.Az