Nazirlər Kabineti xarici tərəfdaşları Ermənistanın təxribatları barədə məlumatlandırır

14 Oktyabr 2020 15:00

Nazirlər Kabineti xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırır

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında hökumətlərarası komissiyaların qarşı tərəflərdən həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məlumatlandırılır.

Milli.Az