Azərbaycan sadəcə öz torpaqlarını işğaldan azad edir - Ərdoğan

14 Oktyabr 2020 14:45

Azərbaycan sadəcə öz torpaqlarını işğaldan azad edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, Ermənistan həm işğalçı, həm də atəşkəsi pozan tərəfdir: "Ermənistanın hədəfi atəşkəs deyil. Belə olmasaydı, Ermənistan atəşkəsdən sonra Azərbaycan şəhərlərinə raket zərbələri endirməzdi".

Prezident vurğulayıb ki, Ermənistanı cəsarətləndirən beynəlxalq ictimaiyyətin onların aqressiyasına göz yummasıdır.

Milli.Az