Rusiyada son sutkada 14 mindən çox yoluxma - Yeni rekord

14 Oktyabr 2020 16:07

Rusiyada son sutka ərzində 14 231 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 340 409-a çatıb.

Son sutkada daha 239 nəfərin vəfatı ilə isə virus qurbanlarının sayı 23 205-ə yüksəlib.

Bundan əlavə, indiyədək 1 039 705 nəfər sağalıb.

Milli.Az