Ermənistanın Rusiyadan muzdlular cəlb etmək cəhdi Rusiya qanunlarının pozulması deməkdir - Deputat

14 Oktyabr 2020 14:25

Ermənistanın Dağlıq Qarabağda döyüşlərə Rusiyadan muzdlular cəlb etmək cəhdi Rusiyanın qanunlarının pozulması deməkdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Deputat bildirib ki, Rusiya bu məsələyə imkan verməz: "Hesab edirəm ki, Rusiya hüquq-mühafizə orqanları bu məsələyə reaksiya verməlidir və ermənilərin bu qanunsuz əməlinin qarşısını almalıdır.

Ermənilər muzdluları səfərbər edirlər, oradan Ermənistana göndərirlər. Bu qanunsuz fəaliyyətlə məşğul olan insanlar Rusiya qanunlarını pozurlar. Azərbcaycanın Rusiyadakı səfirliyi və orada yaşayan soydaşlarımız da bu məsələyə diqqət cəlb etməlidir.

Azərbaycan bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət etməlidir, ermənilərin bu qanunsuz fəaliyyətinin qarşısı dərhal alınmalıdır".

Milli.Az