Məzarlıqdan tapılan əşya görənləri HEYRƏTLƏNDİRDİ - FOTO

14 Oktyabr 2020 22:49

Rusiyanın Sibir vilayətində 2 min 100 illik qadın məzarından telefona bənzər əşya tapılıb.

Milli.Az xəbər verir ki, Sibir vilayətinin cənubunda yerləşən Tuva respublikasında arxeoloji qazıntılar nəticəsində 2 min 100 illik qadın məzarından telefonu xatırladan kəmər aşkarlanıb. Smartfona bənzəyən telefon Çingiz Xan dövrünə qədər ölülərin dəfn olunduğu məzarlıqda tapılıb. Arxeoloqların araşdırması nəticəsində məlum olub ki, telefona bənzər əşya qiymətli daşlarla bəzədilmiş kəmərdir. Arxoloqlar qadın skletinə ''Nataşa'', kəmərə isə ''iPhone'' adını veriblər. (ölkə.az)

Milli.Az