"Facebook" peyvənddən imtinaya çağıran elanları bloklayacaq

14 Oktyabr 2020 15:49

Peyvənddən imtinaya çağıran elanlar "Facebook"da bloklanacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Qeyd edilir ki, belə bir siyasətin məqsədi ictimai sağlamlıq səylərinə zərər verə biləcək yalnış məlumatlarla mübarizə aparmaqdır.

Peyvənddən imtinanı açıq şəkildə tövsiyə edən reklam qadağan edilir. Peyvənd sahəsində bu və ya digər dövlət siyasətini tənqid edən nəşrlərin qadağan olunmayacağı qeyd olunur.

Milli.Az