Bu ölkədə siqaret reseptlə SATILACAQ - SƏBƏB

14 Oktyabr 2020 22:35

Avstraliyada siqaret istifadəsini tamamən azaltmaq üçün yeni plan tərtib edilib.

Milli.Az xəbər verir ki, Avstraliya höküməti yüzdə 15 faiz olan siqaret istifadəsini 2025-ci ilə qədər yüzdə 10 faizə qədər azaltmağı planlayır. ''Queensland'' universiteti və tibbi araşdırma mərkəzi bununla bağlı yeni plan hazırlayaraq yaxın 5 il ərzində siqaretin reseptlə satılmasını təklif edib. Qanun hələlik tam olaraq qüvvəyə minməsə də, hökümət layihəni tezliklə həyata keçirməyi planlayır. Xatırladaq ki, Avstraliya siqaretin ən baha satıldığı ölkələr siyahısında ön sıradadır. (ölkə.az)

Milli.Az