Şübhəliyə kölə kimi davranan polislərə qarşı milyon dollarlıq iddia qaldırıldı - FOTO

14 Oktyabr 2020 21:35

İki polis məmuru tərəfindən ata bağlanaraq, şəhər ətrafında gəzdirilən amerikalı gənc Texasın Qalveston rəhbərliyinə qarşı bir milyon dollarlıq (1,7 milyon AZN) iddia qaldırıb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, qeyd edək ki, hadisə 2019-cu ildə baş verib. 44 yaşlı evsiz afroamerikalı Donald Nili poçt şöbəsinə cinayət hücumunda günahlandırılaraq saxlanılmışdı.

Sosial şəbəkələrdə iki zabitin şübhəlinin qandallarına ip bağlaması, sonra özləri ata minərək, onu isə piyada şəkildə polis bölməsinə aparmaları ilə bağlı fotolar yayılmışdı.

İddiada polisin Nilini təhqir etdiyi və mənəvi narahatlığına səbəb olduğu bildirilir.

İnsan hüquqları fəalları fotoşəkillərin köləlik dövrünün görüntülərini təsəvvür etdiyini deyirlər.

Qalveston Polis İdarəsi məhbusa göstərdikləri rəftara görə üzr istəyib.

Milli.Az