İki il əvvəl itkin düşən model tanınmaz halda TAPILDI

14 Oktyabr 2020 17:04

Braziliyalı məşhur model Eloisa Pinto Fontes itkin düşdükdən uzun müddət sonra tanınmaz hala düşüb.

Milli.Az xəbər verir ki, Rio-da-Janeyro şəhərində gecəqondu məhəllərinin birində sakinlər gənc qadının yaddaşını itirmiş halda küçələri gəzdiyini polisə xəbər veriblər. Hadisə yerinə gələn polisin araşdırması nəticəsində məlum olub ki, həmin qadın iki il əvvəl itkin düşən tanınmış modeldir.

Tanınmaz hala düşən Eloisa müalicə üçün ruhi-əsəb dispanserinə göndərilib.

Qeyd edək ki, model 2014-2016-cı illərdə rusiyalı model Andre Birleanu ilə ailəli olub və cütlüyün yeddi yaşlı bir qız övladları var. (ölkə.az)

Milli.Az