“Qarabağ”da oynamış braziliyalı erməni terrorunu pislədi

14 Oktyabr 2020 14:36

Azərbaycanda çıxış etmiş daha bir futbolçu Vaqner da Silva Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Qarabağ"ın sabiq qapıçısı erməni terrorunu pisləyən paylaşım edib.

2018-2020-ci illərdə Ağdam klubunun formasını geyinmiş braziliyalı qolkiper instaqram səhifəsi vasitəsilə "Gəncə üçün dua et" haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

Milli.Az