"Putin Qarabağla bağlı danışıqların həlledici məqamında öz töhfəsini verib" - Lavrov

14 Oktyabr 2020 12:58

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarını izləyib və müzakirələrin həlledici anında öz töhfəsini verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, danışıqlar unikal olub:

"Həlledici məqamda prezident öz töhfəsini verib. O, gecə müzakirələrimizə nəzarət edib və gecə saatlarında biz onunla iki dəfə danışmışıq".

Milli.Az