"Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi mümkündür" - Lavrov

14 Oktyabr 2020 12:56

Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi mümkündür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, oktyabrın 14-də Dağlıq Qarabağdakı vəziyyəti azərbaycanlı həmkarı ilə müzakirə edib.

S.Lavrov əlavə edib ki, hərbi müşahidəçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə daxil edilə bilər.

Nazir əlavə edib ki, Rusiya Türkiyənin Dağlıq Qarabağda hərbi həllin mümkünlüyü ilə bağlı mövqeyi ilə razı deyil.

Milli.Az