"Gəncənin atəşə tutulması humanitar hüququn kobud şəkildə pozulmasıdır" - Ekspert

14 Oktyabr 2020 14:03

Gəncə şəhərinin erməni qoşunları tərəfindən raket atəşinə tutulması humanitar hüququn kobud şəkildə pozulması deməkdir.

Milli.Az bildirir ki, bunu Trend-ə İsveçin İnsan hüquqları və humanitar hüquq İnstitutunun əməkdaşı, ekspert Kamal Makili-Əliyev deyib.

O bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali düşmən tərəfin ordusu və silahlı dəstələri də daxil olmaqla heç kimi hücum obyekti olmamalıdır.

Ekspertin sözlərinə görə, istənilən mülki əhaliyə qarşı məqsədyönlü hücumlar, o cümlədən Gəncədə mülki əhaliyə raket hücumu 1949-cu il Cenevrə konvensiyalarının normalarının, beynəlxalq humanitar hüququn bilavasitə pozulması deməkdir:

"Bu məsuliyyət iki hissədən ibarətdir: dövlət və fərdi. Bu, o deməkdir ki, dövlət ayrıca məsuliyyət daşıyır, dövlətin agentləri olan şəxslər, yəni, mülki əhaliyə hücum əmri verən hərbçilər, siyasətçilər isə beynəlxalq humanitar hüquq normalarına əsasən ayrıca məsuliyyət daşımalıdır".

Milli.Az