Qırğızıstanda yeni baş nazir seçilib

14 Oktyabr 2020 13:52

Qırğızıstan parlamenti ölkənin yeni baş naziri qismində Sadır Japarovu təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni nazir parlamentin yekdil qərarı ilə seçilib.

Bundan başqa, Qırğızıstanın yeni hökumətinin tərkibi, strukturu və proqramı təsdiq olunub.

Qeyd edək ki, ölkədə oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra baş vermiş etirazlar nəticəsində baş nazir Kubatbek Boronov istefa vermişdi.

Milli.Az