Çanaqqaladakı tarixi qüllə Azərbaycan bayrağı - FOTO

14 Oktyabr 2020 13:13

Türkiyənin daha bir şəhərində Azərbaycana dəstək nümayiş etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Fetvane küçəsindəki tarixi Saat qülləsi ölkəmizlə bərabərlik və birliyi tərənnüm etmək üçün Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Çanaqqala Bələdiyyəsi tvitter səhifəsində görüntüləri paylaşaraq şərh yazıb:

"Sülhün şəhəri Çanaqqala olaraq işğal altında olan torpaqlarını müdafiə edən dost və qardaş ölkəmiz Azərbaycanın yanındayıq".

Milli.Az