Ermənilər Qaradağlı kəndində yaşayış evinə mərmi atdılar - FOTO

14 Oktyabr 2020 12:11

Ermənistan silahlı qüvvələri Ağdam rayonunu atəşə tutmaqda davam edir.

Milli.Az bildirir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə. yaşayış məntəqələrinin ağır artyilleriyalardan atəşə tuturlaması nəticəsində Ağdamın Qaradağlı kəndində bir neçə evə ciddi ziyan dəyib.

Hadisə nəticəsində kənd sakini Rəhman Həsənova məxsus evə mərmi düşüb.

Ev yararsız vəziyyətdədir, xəsarət alan olmayıb. Bu gün səhər saat 10 radələrinə kimi kəndə 10-dan artıq mərmi düşüb.

Milli.Az