Erməni təxribatı nəticəsində ölənlərin sayı 43 nəfər oldu - Baş Prokurorluq

14 Oktyabr 2020 12:00

Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 nəfər dinc sakin ölüb.

Hadisələr nəticəsində 214 nəfər sakin xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası, 277 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Milli.Az