Ermənilər Ağdamın kəndlərini atəşə tutur, 3 evə mərmi düşüb - FOTO

14 Oktyabr 2020 11:42

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Milli.Az bildirir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilərin artilleriya atəşi nəticəsində Ağdamın Rzalar kəndinə bir neçə mərmi düşüb. Hadisə nəticəsində kənd sakini, Ərşad Qurbanov və onun oğluna məxsus evlərə mərmi düşüb. Evlər yarasız vəziyyətə düşüb.

Hadisə nəticəsində Ə.Qurbanovun qonşusu Binnət Quliyevin də evinə mərmi düşüb və ev dağılıb.

Milli.Az