Tramp ritmik rəqsi ilə tərəfdarlarını coşdurdu - VİDEO

14 Oktyabr 2020 13:35

ABŞ Prezidenti Donald Tramp mitinqdə tərəfdarları qarşısında çıxış edərkən  "Village People" qrupunun Y.M.C.A. mahnısının sədaları altında rəqs edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dövlət başçısının iştirakı ilə olan videolar tədbir iştirakçıları tərəfindən "Twitter" hesabında yerləşdirilib.

Kadrlarda bu yaxınlarda koronavirusdan sağalan ABŞ liderinin ritmik rəqs etdiyi, çıxışın sonunda isə zalla birlikdə alqışladığı görünür.

Milli.Az