Şoyqu Zakir Həsənovla danışdı

14 Oktyabr 2020 11:28

Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın Müdafiə nazirləri Zakir Həsənov və David Tonoyanla telefon danışığı aparıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.

Milli.Az