Terrorçu dövlət olan Ermənistanın Gəncəyə hücumu xristianların məbədinə də ziyan vurub - VİDEO

14 Oktyabr 2020 11:29

Terrorçu dövlət olan Ermənistanın Gəncəyə raket hücumları zamanı Aleksandr Nevski məbədi də zərər çəkib.

Milli.Az bildirir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədovun tvitini paylaşıb.

Məbədin dini xadimi bunu insanlıqdan kənar hərəkət və Ermənistan tərəfin törətdiyi soyqırım adlandırıb.

Milli.Az