Azərbaycan Müdafiə Nazirliyi: “Su-25 təyyarəmiz vurulmayıb”

14 Oktyabr 2020 11:19

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

Milli.Az