Suaresdən mütləq rekord - Messi və Ronaldonu arxasda qoydu

14 Oktyabr 2020 13:30

Uruqvay millisinin futbolçusu Luis Suares yeni rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, hücumçu rəsmi turnirlərdə yığmanın heyətində ən çox qol vuran cənubi amerikalı adını qazanıb.

Suares DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə turnirinin II turunda Ekvadorun qapısına 2 dəfə yol tapıb. 2:4 hesablı məğlubiyyətdə dubl müəllifi olan Luis Uruqvay millisində qol sayını 41-ə çatdırıb.

Bununla da Suares üçhakimiyyətliliyə son qoyub. Uruqvaylı braziliyalı Ronaldo və argentinalı Lionel Messini arxada qoyub. Onların hərəyə 39 qolu var.

Milli.Az