Gürcüstanda 680 yeni yoluxma, 7 ölü

14 Oktyabr 2020 12:18

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 680 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 13 521 nəfərə, ölənlərin sayı 109 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 590 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 7 159 nəfərin sağaldığı bildirilir.

Milli.Az