Ermənistanda koronavirusa gündəlik yoluxma sayı min nəfəri keçdi

14 Oktyabr 2020 11:45

Ermənistanda koronavirusa yoluxanların sayı 58 624 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 1 058 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 039 nəfər koronavirusdan ölüb, 10 561 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Milli.Az