Keçən ay qlobal neft tədarükü azalıb

14 Oktyabr 2020 21:00

Sentyabrda qlobal neft tədarükü avqust ayı ilə müqayisədə 60 min barrel azalaraq gündəlik 90 milyon 710 min barrel olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı isə 10 min barrel geriləyərək sutkada 66 milyon 600 min barrel təşkil edib.

Milli.Az