Manatın məzənnəsi

14 Oktyabr 2020 10:12

Azərbaycan Mərkəzi Bankı 14 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Milli.Az-a verilən məlumata görə, oktyabrın 14-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9964 manat təşkil edir. 1 türk lirəsi 0.2144 manat, 1 rus rublu 1.2512, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5273 manatdır.

Milli.Az