Neymar Ronaldunu keçdi

14 Oktyabr 2020 10:06

Braziliya millisinin tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasının II turunda Peru (4:2) yığmasının qapısına 3 top vuran Neymar Ronaldunu keçib.

2-ci pilləyə yüksələn PSJ-nin forvardı millidəki qol sayını 64-ə çatdırıb. "Yekədiş"in aktivində isə 62 qol var.

Bombardirlər siyahısına isə Pele başçılıq edir. Onun aktivində 77 top var. Neymar rekordçunu arxada qoymaq imkanlarına malikdir.

Milli.Az