Zelenski: "Ukrayna Polşa ilə müdafiə sənayesi sahəsində müqavilələrə hazırdır"

14 Oktyabr 2020 08:31

Ukrayna Polşa ilə müdafiə sənayesi sahəsində razılaşmaları müzakirə etməyə hazırdır.

APA "TASS"-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Ukraynada, təəssüf ki, müharibə səbəbindən müdafiə sənayemiz sürətlə inkişaf edir. Və burada polşalı tərəfdaşlarımızla müəyyən razılaşmaları müzakirə etməyə hazırıq", - Zelenski belə deyib.

O, hansı razılaşmalardan söhbət getdiyinə toxunmayıb.

Milli.Az