Kyellini Ronaldunun son durumundan danışdı

14 Oktyabr 2020 08:25

"Yuventus"un futbolçusu Corco Kyellini koronavirusa yoluxan komanda yoldaşı Kriştianu Ronaldu haqda danışıb.

Qol.az "AS"a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun özünü yaxşı hiss etdiyini deyib: "Ronaldo yaxşıdır, sakitdir, günəş vannası qəbul edir. Sağaldıqdan sonra geri dönəcək".

Qeyd edək ki, Ronaldo koronavirus səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib.

Milli.Az